RU

"Barselona" La Liqanın çempionudur?

"Opta" superkompüteri cari mövsümdə La Liqa çempionluğu uğrunda "Barselona" və "Real"ın şanslarını qiymətləndirib.

Publika.az xəbər verir ki, Kataloniya təmsilçisinin çempion olmaq ehtimalı 92%, “kral klubu”nun isə 8% təşkil edir.

30 turdan sonra İspaniya çempionatında “Barsa” 76 xalla turnir cədvəlinə başçılıq edir. Madridlilər isə 69 xalla ikinci pillədə qərarlaşıb.

Növbəti turda Hans-Diter Flikin komandası evdə "Espanyol"la (11 aprel) qarşılaşacaq. Alvaro Arbeloanın rəhbərlik etdiyi kollektiv isə doğma meydanda "Jirona"nı qəbul edəcək (10 aprel).

Избранный
15
publika.az

1Источники