ain.az, Hurriyyet portalına istinadən məlumatı açıqlayır.
ABŞ-nin 3 yanvar tarixində həyata keçirdiyi hərbi əməliyyat nəticəsində saxlanıldığı bildirilən Venesuela Prezidenti Nikolas Maduro Pasxa bayramı münasibətilə həbsxanadan xalqa müraciət edib.
Müraciət onun sosial şəbəkə hesabı vasitəsilə paylaşılıb.
Maduro mesajında birlik və həmrəylik çağırışı edərək bildirib ki, çətinliklərdən sonra yenidən dirçəliş mümkündür:"Əzab olmadan diriliş olmaz. Əvvəl çarmıx, ağrı və təslimiyyət gəlir, lakin bundan sonra yeni həyat başlayır”.
O, həmçinin həyat yoldaşı Silia Flores ilə birlikdə Venesuela xalqına sevgi, sülh və ümid dolu mesaj ünvanladıqlarını qeyd edib.
Qeyd edək ki, Maduro və həyat yoldaşı sonuncu dəfə martın 26-da Nyu-York şəhərində yerləşən məhkəməyə çıxarılıb. Dinləmələr zamanı onun narkotik qaçaqmalçılığı işi üzrə hüquqi xərclərinin Venesuela hökuməti tərəfindən ödənilməsinə icazə verilib-verilməməsi məsələsi müzakirə olunub.
Maduronun vəkilləri isə ABŞ hakimiyyətinin bu vəsaitin istifadəsinə icazə verməməsinin onun konstitusion hüquqlarını pozduğunu iddia edib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.