RU

Xəzər yayonu BATIR – İnternat məktəbin ərzazisindən ŞOK görüntülər

Ölkə ərazisində hökm sürən əlverişsiz hava şəraiti və aramsız yağışlar paytaxtın Xəzər rayonunda da ciddi problemlər yaradıb. Türkan qəsəbəsində yerləşən 6 saylı internat məktəbinin ərazisi və ətraf yollar tamamilə yağış suları altında qalıb.

NOCOMMENT.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan videogörüntülərdən aydın olur ki, təhsil müəssisəsinin həyətində suyun səviyyəsi kritik həddə çatıb və ərazidən keçmək demək olar ki, qeyri-mümkündür.

Sakinlərin və valideynlərin bildirdiyinə görə, mövcud vəziyyətlə bağlı nə yerli bələdiyyə, nə də rayon İcra Hakimiyyəti tərəfindən hər hansı tədbir görülmür. Şikayətçilər rəsmi qurumların məsuliyyətsizliyindən və yaranmış vəziyyətə qarşı biganəliyindən narazılıqlarını ifadə edirlər.

Kanalizasiya və drenaj sistemlərinin olmaması və ya işləməməsi səbəbindən internat məktəbinin ərazisi gölməçəni xatırladır ki, bu da həm şagirdlərin, həm də işçi heyətin hərəkətini tamamilə iflic edib. Aidiyyatı qurumların məsələyə nə zaman müdaxilə edəcəyi isə hələlik məlum deyil.

Qeyd edək ki, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov bir müddət öncə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov tərəfindən yol verilən nöqsanlara görə şifahi xəbərdarlıq almışdı.

Aliyə,
NOCOMMENT.az

Избранный
16
1
nocomment.az

2Источники