RU

Konsert zalında terror törədən məhkum həbsxanada intihar etdi

Moskva yaxınlığındakı "Crocus City Hall" konsert zalında baş verən terror aktını törədənlərdən biri olan Yakubjoni Dövlətxon Yusufzoda "Matrosskaya Tişina" istintaq təcridxanasında intihar edib. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazıb. 

Məlumata görə, 37 yaşlı məhkum xəstəxanaya yerləşdirilib, hazırda reanimasiya şöbəsindədir. 

Dövlətxon konsert zalına hücum işi üzrə 19 təqsirləndirilən şəxsdən biridir. Məhkəmə onu ömürlük həbs cəzasına məhkum edib. 

Ağarza Elçinoğlu  

Избранный
31
unikal.az

1Источники