RU

İsveçdə on minlərlə ev işıqsız qalıb

Güclü "Deyv" fırtınasından sonra İsveçdə nəqliyyat və enerji təchizatında ciddi fasilələr davam edir.

Ölkə.Az xəbər verir ki, bu barədə STV məlumat yayıb.

İsveç Meteorologiya və Hidrologiya İnstitutunun (SMHI) "narıncı xəbərdarlığı" ləğv etməsinə baxmayaraq, pis hava şəraitinin fəsadları hələ də hiss olunur. Aprelin 6-sı səhər saatlarına olan məlumata görə, 27 minə yaxın ev işıqsız qalıb.

Güclü külək qəza briqadaları üçün təhlükə yaratdığından təmir işləri çətinləşib. "Ellevio" şirkətindən bildiriblər ki, enerji təchizatının tam bərpası üçün dəqiq vaxt hələ məlum deyil.

Fırtına həmçinin dəmir yolu nəqliyyatının işində də axsamalara səbəb olub. İsveç Nəqliyyat Administrasiyasının məlumatına görə, bir sıra regionlarda qatarların hərəkəti qismən və ya tamamilə dayandırılıb, yolların təmizlənməsi isə işçilərin təhlükəsizliyi səbəbindən gecikir.

Sinoptiklər xəbərdarlıq edirlər ki, günün ikinci yarısında ölkənin cənubunda külək yenidən güclənə bilər. Fırtına zamanı küləyin maksimal sürəti 39,2 m/san, orta sürəti isə 30 m/san təşkil edib.

Избранный
23
olke.az

1Источники