RU

Krocus terrorçusu SİZO-da intihara CƏHD ETDİ

“Crocus City Hall” terrorunun iştirakçılarından biri SİZO-da intihara cəhd edib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Moskvadakı istintaq təcridxanasında (SİZO) saxlanılan 37 yaşlı Yusufzoda Yaqubcon Dövlətxonun intihara cəhd etdiyi bildirilir.

Məlumata görə, terrorçulara köməklik göstərməkdə təqsirli bilinərək bu ilin mart ayında ömürlük həbs cəzasına məhkum edilmiş şəxs özünü asmağa cəhd edib.

Təcridxana əməkdaşları tərəfindən vaxtında aşkar edilən Yaqubcon Dövlətxon reanimasiya edilib və xəstəxanaya çatdırılıb.

Xatırladaq ki, o, 2024-cü ilin martında Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən konsert zalına hücum edən terrorçulara yardım etdiyi üçün mühakimə olunmuşdu.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
14
interpress.az

1Источники