RU

İran İordaniyaya raket və dronlarla hücum edib - Yaralılar var

İranın İordaniya ballistik raket və pilotsuz uçuş aparatları ilə hücumları nəticəsində azı 2 nəfər yaralanıb.

Day.Az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

İordaniya Kral Hava Qüvvələri son 24 saat ərzndə iki İran dronunu zərərsizləşdirib, başqa bir dron və ballistik raket isə ölkənin hava hücumlarından müdafiə sistemlərinin hədəfindən yayına bilib.

 

Digər təfərrüatlar barədə məlumat verilmir.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb. İran Hörmüz boğazına nəzarəti tam şəkildə özündə saxlayaraq sadəcə lazım bildiyi gəmilərin boğazdan keçməsinə icazə verir.

Избранный
1
1
day.az

10Источники