Bu il martın 1-nə Azərbaycanda bankların biznes kredit portfeli 16 milyard 58 milyon manat təşkil edib.
Herbiand.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici son bir ayda 109.1 milyon manat, son bir ildə isə 1 milyard 281 milyon manat artıb.
Qeyd edək ki, cari ilin 1 mart tarixinə iri sahibkarlıq subyektlərinin kredit portfeli 8 milyard 389.3 milyon manata, orta sahibkarlıq subyektlərinin portfeli 2 milyard 270.3 milyon manata, kiçik sahibkarlıq subyektlərinin portfeli 1 milyard 721.8 milyon manata, mikro sahibkarların portfeli isə 3 milyard 676.6 milyon manata bərabər olub.