RU

Dişləri səhər yeməyindən sonra fırçalamaq lazımdır?

Amerikalı stomatoloq Stiven Cey dişlərin nə vaxt fırçalanması ilə bağlı mübahisəyə son qoyub.

Redaktor.az xəbər verir ki, "Yahoo" ilə söhbətində o, dişləri həm səhər yeməyindən əvvəl, həm də sonra fırçalamağı tövsiyə edib.

Həkim bildirib ki, diş lövhəsinin (plak) təmizlənməsi ağızda pis dad və qoxunun qarşısını almaq və yeməkdən, kahvedən zövq almaq üçün vacibdir. Bundan əlavə, qida ilə bakteriyalardan ibarət yapışqan lövhə qarşılıqlı təsirə girəndə turşu əmələ gəlir ki, bu da emalın eroziyasına və dişlərin zədələnməsinə səbəb olur.

Stomatoloq dişlərin hər yeməkdən sonra fırçalanmasını tövsiyə edir, lakin ən vacib vaxt kimi səhər və yatmazdan əvvəl fırçalamağı qeyd edib. O, xüsusilə gecə ağızla nəfəs alan insanlar üçün səhər fırçalamanın vacibliyini vurğulayıb: "Onlar üçün səhər ilk iş olaraq dişləri fırçalamaq daha önəmlidir, çünki ağızla nəfəs almaq ağız toxumalarını qurudur, tüpürcək ifrazını azaldır və diş lövhəsinin əmələ gəlməsini artırır", — deyə o bildirib.

Aytəkin TOFİQQIZI

Избранный
18
1
redaktor.az

2Источники