RU

Səhhətinə görə karyerasını başa vurdu

Oskar səhhətinə görə 34 yaşında karyerasını başa vurmalı olub.

"Football-plus.az" xəbər verir ki, “San Paulu”nun mətbuat xidmətinin məlumatına görə, bu qərara braziliyalı futbolçuda aşkarlanan ürək problemi səbəb olub. O, ötən il noyabrın 11-də tibbi baxış zamanı huşunu itirmişdi. Oskara bu diaqnoz qoyulmuşdu. O, qərarından məyus olduğunu “oynamağa davam etmək istəyirdim, amma alınmadı. Artıq klubumu azarkeş kimi dəstəkləyəcəm. Mənə dəstək olan hər kəsə təşəkkür edirəm” deməklə bildirib.

“San Paulu”nun yetirməsi olan yarımmüdafiəçi daha çox “Çelsi”dəki çıxışı ilə tanınıb və bu klubla İngiltərə çempionu olub. Oskar həmçinin “İnternasyonal” və “Şanxay Port”da da çıxış edib.

Избранный
10
football-plus.az

1Источники