RU

Netanyahudan Trampa TELEFON ZƏNGİ

ain.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

İsrailin baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb və onu vurulan təyyarədən pilotun xilas edilməsi münasibətilə təbrik edib. Bizim.Media xəbər verir ki, telefon zəngi ilə bağlı Netanyahu açıqlama yayıb.“Təbrik edirəm, Prezident Tramp. Bütün israillilər Amerikanın cəsur hərbçilərinin igid amerikalı pilotu inanılmaz şəkildə xilas etməsinə sevinirlər.” Bu sitat Jerusalem Post-da və İsrail hökumətinin media paylaşımında yer alıb.

 

Netanyahunun sözlərinə görə, Tramp söhbət zamanı İsrailin göstərdiyi yardıma görə minnətdarlıq ifadə edib. Baş nazir əlavə edib ki, iki ölkə arasında döyüş meydanından kənardakı əməkdaşlıq “misli görünməmiş xarakter daşıyır” və məhz bu əməkdaşlıq amerikalı hərbçinin xilasına imkan verib. Reuters də aprelin 4-də amerikalı piltonun xilas olunması ilə bağlı məlumat yayaraq əməliyyatın ABŞ üçün böyük uğur kimi təqdim edildiyini yazıb.

Qeyd edək ki, ABŞ qüvvələri İranda vurulan F-15E təyyarəsinin uçuş heyətinin üzvlərindən birini yüksək riskli əməliyyatla xilas etmişdi. Reuters-in məlumatına görə, bu missiya İran ərazisinin dərinliklərində həyata keçirilib və Vaşinqton tərəfindən son illərin ən çətin xilasetmə əməliyyatlarından biri kimi dəyərləndirilib.Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
1
1
bizim.media

2Источники