RU

Əliyar Ağayevin səhv qərar verdiyi təsdiqləndi İkisi də penalti imiş

ain.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Azərbaycan Kubokunun 1/2 final mərhələsinin ilk görüşündə keçirilən oyunlarla bağlı mübahisəli qərarları şərh edib.

“Qafqazinfo” xəbər verir ki, sədr “Turan Tovuz” və “Zirə” arasında keçirlən matçdakı (0:2) qalmaqallı qərarlar barədə də fikirlərini açıqlayıb. 

O, həmin görüşdə tovuzluların narazı qaldığı və baş hakim Əliyar Ağayevin penalti təyin etmədiyi epizodlarda referinin qərarlarını yanlış adlandırıb. Rəhim Həsənov hər iki epizodun 11 metrlik cərimə zərbəsi olduğunu deyib. 

Qeyd edək ki, “Turan Tovuz”un prezidenti Ehtiram Quliyev məsələyə dair sərt açıqlama verərək, futbolçuların haqqını hakim Əliyar Ağayevə halal etmədiyini bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
1
4
qafqazinfo.az

5Источники