RU

“Real”da Arbeloaya son şans

Alvaro Arbeloanın “Real”ın baş məşqçisi kimi gələcəyi şübhə altındadır.

Msport.az xəbər verir ki, ispan məşqçi qarşıya qoyulan hədəfə çatmasa, mövsümün sonunda komandadan ayrıla bilər.

Klub rəhbərliyi onun qarşısına Çempionlar Liqasını qazanmağı hədəf qoyub. O, bunu bacarmasa, rəhbərlik onunla yollarını ayıracaq. Arbeloa yanvarın 12-də Xabi Alonsonun istefasından sonra “Real”ın baş məşqçi postuna dəvət edilib.

Alvaro futbolçu kimi 2009-cu ildən 2016-cı ilə qədər “kral klubu”nun formasını geyinib və bütün yarışlarda 238 oyun keçirib.

Избранный
21
2
msport.az

3Источники