RU

"Sabah" Türkiyədə çempion oldu

“Sabah”ın U-14 komandası Türkiyənin Antalya şəhərində keçirilmiş “Antalya City Friendship Cup” beynəlxalq futbol turnirində iştirak edib.

Sportal.az xəbər verir ki, Nasir Nəsirlinin baş məşqçisi olduğu komanda turnir çərçivəsində qrup mərhələsində Türkiyənin “Manavqat” (4:0), “TSI Academy” (7:1) və İngiltərəni təmsil edən “Göztepe” (6:1) komandalarını məğlub edib.

U-14 yarımfinalda meydan sahibi ölkənin “Kardelenspor” (5:1) komandasını üstələyərək həlledici matça vəsiqə qazanıb. Final oyununda Azərbaycanı təmsil edən “Young Pro” komandasına qalib gələn (3:0) “Sabah” turniri çempion kimi başa vurub.

Antalya City Friendship Cup

Qrup mərhələsi

Sabah – Manavqat 4:0

Qollar: Yusif Ağayev, Əli Hüseynli, Elman Tahirov, Tofiq Zaidov.

TSI Academy – Sabah 1:7

Qollar: Əli.Hüseynli (2), Yusif Ağayev, Eldar Hüseynov, Artyom Solovyov, Çingiz Müslümov, Tofiq Zaidov.

Sabah – Göztepe 6:1

Qollar: Yusif Ağayev (2), Elman Tahirov, Hüseyn Musayev, Tofiq Zaidov, Eldar Hüseynov.

Yarımfinal

Kardelenspor – Sabah 1:5

Qollar: Amal Şıxkərimzadə, Yusif Ağayev (2), Elman Tahirov, İhsan Mehrəliyev.

Final

Sabah – Young Pro 3:0

Qollar: Yusif Ağayev (2), Əli Səfərov. 

saytlarin hazirlanmasi

Избранный
12
3
sportal.az

9Источники