RU

BDU Qazax filialında “Invest-AZ İnvestisiya Şirkəti” QSC-nin birgə təşkilatçılığı ilə seminar keçirilib (FOTO)

Bakı. Trend:

03 aprel 2026-cı il tarixində BDU Qazax filialında “Invest-AZİnvestisiya Şirkəti” QSC-nin birgə təşkilatçılığı ilə tələbələriniqtisadi biliklərini artırmaq və onların maliyyə savadlılığınıinkişaf etdirmək məqsədilə “Müasir yatırım imkanları” mövzusundaseminar keçirilib.

Tədbir filialın rəhbərliyi, müəllim heyəti və tələbələriniştirakı ilə baş tutmuşdur. “Invest-AZ İnvestisiya Şirkəti” QSC-nintədris üzrə baş mütəxəssisi, iqtisad üzrə fəlsəfə doktoru RövşənMəmmədov “Birjada qiymətin dəyişməsindən necə qazanmaq olar?”mövzusunda, şirkətin maliyyə məsləhətçisi Rəşad Mustafayev isə“Bitcoin haqqında məlumat” başlıqlı təqdimatla çıxış edib. Seminarçərçivəsində tələbələrə maliyyə bazarının funksiyaları, investisiyaimkanları, risklərin idarə olunması, qiymətli kağızlarınalqı-satqısı və iqtisadiyyatdakı rolu barədə ətraflı məlumatverilib.

Seminarın sonunda sual-cavab oldu. İştirakçılara tədriskurslarında iştirak üçün 10%, 4 nəfərə 20% və 3 nəfər xüsusifərqlənənlərə 50% endirim elan olundu. Filialda hal-hazırda 1750tələbə təhsil alır və gələcəkdə seminarların bütün heyət üçünmütəmadi keçirilməsi təşəbbüsünü irəli sürüldü. İştirak etməkistəyənlər çox olsada yer məhdudiyyəti ilə əlaqədar 55 nəfəriştirak etdi.

BDU
BDU
BDU
Избранный
41
5
az.trend.az

6Источники