RU

Azərbaycanda dollar ucuzlaşdı

Azərbaycan Mərkəzi Bankı tərəfindən ABŞ dollarının bugünə olan məzənnəsi 1 manat 70 qəpik olsa da, bir sıra “exchange”lər dolları daha ucuz satır.

NOCOMMENT.az xəbər verir ki, apardığımız araşdırmalara əsasən bankların hər birində dolların satış qiyməti 1,70 manat və daha yuxarı olduğu halda aşağıda adlarını qeyd edəcəyimiz vlayuta dəyişmə məntəqələrində məzənnə daha az götürülüb.

“A Zuhur MMC”yə məxsus “exchange”də dolların satış qiyməti 1.6975 olaraq göstərilib.

“Delta Capital MMC”də isə dollar 1.6974 manata, “Eliko MMC” 1.6980, “Meta Kapital MMC” 1.6990 manata satılır.

Mütəxəssilərin rəyinə görə, bu kimi halların əsas səbəbi əhali arasında dollara marağın azalması və insanların daha çox dolları satması ilə əlaqədardır.

Xatırladaq ki, 2026-cı ilin ötən dövründə valyuta bazarında vəziyyət stabil olaraq qalıb. 2026-cı ilin yanvar-fevral aylarında mübadilə şöbələri tərəfindən nağd xarici valyutanın alışı satışını 51 milyon ABŞ dolları üstələyib./milli.az/

Избранный
7
16
nocomment.az

10Источники