RU

TƏCİLİ: Rus ordusu bu ərazilərdən çıxarıldı – Ukrayna qələbəni bayram edir…

Ukrayna hərbçiləri Xarkov vilayətinin Kupyansk rayonunda yerləşən Ambarnoe kəndi yaxınlığında Rusiya qüvvələrini geri çəkilməyə məcbur ediblər.

KONKRET.az xəbər verir ki,bu barədə “DeepState” analitikləri Teleqram kanalı məlumat yayıb.

Bildirilir ki, Ukrayna Müdafiə Qüvvələri Ambarnoe ətrafında nəzarəti bərpa edib.

Məlumata görə, Ukrayna ordusu dövlət sərhədi istiqamətində 3 kilometrdən çox irəliləyərək Ambarnoe kəndinin şimalında yerləşən meşə massivinə nəzarəti yenidən ələ keçirib. Qeyd olunur ki, əməliyyat Kupyansk rayonunun Velikoburluk icması ərazisində aparılıb.

Analitiklər vurğulayır ki, Rusiya qüvvələrinin meşəlik ərazidə məhv edilməsi və ərazinin təmizlənməsi üzrə uğurlu əməliyyat Ukraynanın 129-cu ayrı ağır mexanikləşdirilmiş briqadasının bölmələri tərəfindən icra olunub.

Bundan əlavə, Ukrayna hərbçiləri Ambarnoe istiqamətində Melovoe kəndindən Xatnee kəndinə doğru Rusiya ordusunun irəliləməsinim qarşısını almağa nail olub.

Müşviq Tofiqoğlu
KONKRET.az

Избранный
15
1
konkret.az

2Источники