RU

İsrail İranla sərhəddimizi bombaladı

Dünəndən etibarən ABŞ-İsrail hərbi aviasiyası İranın Azərbaycanla sərhəd məntəqələrinə zərbələr endirməyə başlayıb.

Tribuna.az xəbər verir ki, dünən Germi, Ərdəbil və Biləsuvardakı bir neçə hərbi obyektə hücumlar edilib.
İlkin məlumatlara Azərbaycanla sərhəd məntəqələrində baş verən hücumlar nəticəsində üç nəfər ölüb, üç nəfər isə yaralanıb.
Tribuna.az xəbər verir ki, İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu bununla bağlı paylaşım edib. “Azərbaycanın İranla həmrəylik və dəstəyinin rəmzi olan üçüncü humanitar yardımın göndərildiyi bir məqamda, İran və Azərbaycan sərhəd bölgələrinin (Germi, Aslandüz və Biləsuvar) hava hücumuna məruz qalması nə ilə izah olunur? Cavab bəllidir: Düşmənlər bu birliyi və həmrəyliyi gözü götürmürlər!”
Избранный
26
yenilik.az

1Источники