RU

Qardaşı prezident postundan ayrıldı, dostu bu vəzifəyə gəldi - FOTO

Yaxın günlərdə “Araz-Naxçıvan“a yeni prezident təyin olunacaq.

Saytımızın bir müddət əvvəl bu haqda yaydığı xəbəri Ceyhun Sultanov təsdiqləyib.

O, Sportinfo.az-a açıqlamasında məsələnin ən qısa zamanda rəsmiyyət qazanacağını bildirib.

Ötən ilin yayından bəri “ağ-qırmızılar“ın seleksiya işlərinə nəzarət edən funksioner hazırda hüquqi prosedurun tamamlanması istiqamətində işlərin getdiyini söyləyib.

Klubun başına keçməklə bağlı təklifin Naxçıvan Futbol Federasiyasının prezidenti Zaur Axundovdan gəldiyini söyləyən C.Sultanov yalnız təyinatının rəsmiləşməsindən sonra bu barədə geniş danışacağını diqqətə çatdırıb.

Muxtar Respublika təmsilçisi bir müddətdir ki, prezidenti olmadan fəaliyyət göstərir.

2023-cü ilin iyulunda bu vəzifəyə təyin olunmuş Ramin Axundov bir neçə ay öncə «Araz»dan ayrılıb. Zaur Axundovun qardaşı o tarixdə ölkə xaricinə üz tutub.

Z.Axundovla yaxın dostluq əlaqələri olan C.Sultanov klub təsərrüfatına yaxından bələd olan birisidir. Vaxtilə «Bakı» və «Sumqayıt»da menecer kimi çalışıb.

2018-ci ilin əvvəlində «Neftçi»nin idman direktoru postuna əyləşib, 2020-ci ilin noyabrında ayrılıb.

Çox keçmədən «Keşlə»dən (indiki «Şamaxı») aldığı təklifi dəyərləndirib və 2021-ci ilin yayınadək idman direktoru səlahiyyətlərini yerinə yetirib.

O dövrdən ta 2025-ci ilin yayına qədər sərbəst menecer kimi öz işini görüb.

İTTİHAM

Избранный
22
sportinfo.az

1Источники