Bundan başqa, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin səmərəliliyi müzakirə olunub, hər iki ölkənin prokurorluq orqanlarının beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının genişləndiyi, xüsusilə Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Baş Prokurorluqlarının Şurası çərçivəsində qarşılıqlı fəaliyyətin gücləndirildiyi, hüquqi əməkdaşlıq, təcrübə mübadiləsi və birgə təşəbbüslərin həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb. Görüş zamanı Muhsin Şentürkə iki qardaş ölkənin prokurorluq orqanları arasında əməkdaşlığın inkişafına verdiyi töhfəyə görə təltif olunduğu “Azərbaycan Prokurorluğunun 100 illiyi” Azərbaycan Respublikasının yubiley medalı təqdim edilib. Görüşdə, həmçinin Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün iştirak edib. Qeyd edək ki, səfər çərçivəsində Muhsin Şəntürkün ölkəmizdə həyata keçirilən hüquq islahatları və aparılan institusional dəyişikliklərlə tanış olmaq məqəsilə bir sıra yüksək vəzifəli şəxslərlə rəsmi görüşlər keçirməsi planlaşdırılır.
