Türkiyənin Antalya şəhərində təşkil edilən "Antalya City Friendship Cup" beynəlxalq futbol turniri "Sabah" klubu üçün uğurlu keçib.
Offsideplus.az xəbər verir ki, Masazır təmsilçisinin U-14 komandası yarışın qızıl medallarına sahib çıxıb.
Nasir Nəsirlinin rəhbərlik etdiyi kollektiv qrup oyunlarında rəqiblərinə şans tanımayıb. Təmsilçimiz Türkiyənin "Manavqat" (4:0), "TSI Academy" (7:1) və "Göztepe" (6:1) klublarını böyük hesabla məğlub edərək mərhələ adlayıb.
Yarımfinalda yerli "Kardelenspor"u 5:1 hesabı ilə üstələyən "Sabah", həlledici qarşılaşmada digər Azərbaycan təmsilçisi "Young Pro" ilə üz-üzə gəlib. Final matçında rəqibini 3:0 hesabı ilə məğlub edən komanda turniri çempion kimi tamamlayıb.