RU

DƏHŞƏTLİ YANĞIN: 100 milyonluq lüks avtomobillər KÜLƏ DÖNDÜ

İstanbulun Beşiktaş rayonu, Balmumcu məhəlləsi, Barbaros bulvarı üzərində yerləşən dördmərtəbəli binanın giriş qatındakı avtomobil qalereyasında gecə saat 04:30 radələrində dəhşətli yanğın hadisəsi baş verib. Dayanacaqda park halında olan avtomobillərdən birində başlayan alovlar qısa müddətdə sürətlə yayılaraq bütün salonu cənginə alıb.

Ekologiya.az bildirir ki, 32gun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan yanğınsöndürmə briqadalarının gərgin müdaxiləsinə baxmayaraq, alovların qarşısını vaxtında almaq mümkün olmayıb.

Fövqəladə hadisə nəticəsində qalereyada olan və ümumi bazar dəyəri təxminən 100 milyon türk lirəsi (təxminən 4 milyon 940 min manat) dəyərləndirilən 15 lüks avtomobil tamamilə yanaraq istifadəyə yararsız hala düşüb. Yanğın binanın digər mərtəbələrinə keçmədən söndürülsə də, müəssisəyə külli miqdarda maddi ziyan dəyib.

Xoşbəxtlikdən hadisə zamanı ölən və ya yaralanan olmayıb. Hazırda polis və yanğınsöndürmə ekspertləri yanğının dəqiq çıxma səbəbini müəyyənləşdirmək üçün ərazidəki təhlükəsizlik kameralarını incələyir və genişmiqyaslı araşdırma aparırlar.

Избранный
1
1
ekologiya.az

2Источники