RU

Rusiya Şimali Koreya ilə eyni sırada

Rusiyada internetə tətbiq edilən qadağalar ölkəni azadlıqlar siyahısında son sıralara itələyib.

"Cebheinfo.az" xəbər verir ki, "Cloudwards"-ın 2026-cı il internet azadlığı hesabatına görə, Rusiya 4 xalla Şimali Koreyanın (0 xal) həmən önündə, sondan ikinci yerdə qərarlaşıb.

RBC-nin verdiyi araşdırmada torrent saytlarına giriş, yetkinlər üçün məzmunlar, siyasi və mülki ifadə azadlığı ilə VPN istifadəsi kimi meyarlar qiymətləndirilib. Rusiya xüsusilə VPN xidmətlərinin məhdudlaşdırılması səbəbindən diqqət çəkib.

Siyahıda Çin, İran və Pakistan da aşağı xallı ölkələr arasında yer alıb.

Ən yüksək internet azadlığı isə 92 xalla Belçika, Danimarka, Finlandiya və Norveç kimi ölkələrdə müşahidə olunub.

Избранный
7
5
cebheinfo.az

7Источники