RU

“KTMT Ermənistanla münasibətlərində diqqətli olmalıdır” - Lukaşenko

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistanla münasibətlərində çox diqqətli və həssas olmalıdır”.

Missiya.Az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko KTMT-nin baş katibi Taalətbek Masadikovla görüşü zamanı deyib.

"Bilirsiniz ki, Ermənistan KTMT-nin işində iştirak etmir, amma eyni zamanda təşkilatın bir hissəsi olaraq qalır. Ermənistandakı vəziyyət, xüsusən də seçkiqabağı dövrdə mürəkkəbdir. Bu, çox çətin bir vəziyyətdir. Buna görə də Ermənistanla münasibətlərdə çox diqqətli və ayıq olmalıyıq", - deyə siyasətçi vurğulayıb.

Daşqın HəsənovMissiya.Az

Избранный
55
4
missiya.az

8Источники