Azərbaycanın çimərlik futbolu millisi Moldova yığması ilə yoxlama oyunu keçirib.
Fanat.Az xəbər verir ki, Türkiyədə təşkil olunan təlim-məşq toplanışı çərçivəsində baş tutan görüş təmsilçimizin 8:5 hesablı qələbəsi ilə nəticələnib.
Aprelin 13-nə qədər davam edəcək milli Moldova millisi ilə daha iki oyun keçirmək var. Bu qarşılaşmalar aprelin 7-si və 8-də baş tutacaq. Daha sonra ayın 10-u və 11-də Türkiyənin “Alanyaspor” klubu ilə iki yoldaşlıq görüşü olacaq.
Qeyd edək ki, Azərbaycan millisi iyulda Batumidə keçiriləcək Avropa çempionatına hazırlaşır. Komandamız qitə çempionatının B divizionunda yarışacaq. Turnirdə 8 komanda – Gürcüstan, Azərbaycan, Latviya, Qazaxıstan, Belçika, Malta, İngiltərə və Norveç milliləri mübarizə aparacaq.