RU

Xaçmazda yağışın törətdiyi fəsadlarla bağlı RƏSMİ AÇIQLAMA – VİDEO

Xaçmaz rayonunda son iki gündə qeydə alınan güclü yağışlar ciddi fəsadlara səbəb olub. 

Xaçmaz Fövqəladə Hallar Komissiyasının sədri, İcra Hakimiyyəti başçısının birinci müavini Anar Oruclunun Bizim.Media-ya verdiyi məlumata görə, dəymiş ziyanın miqyası genişdir.

Belə ki, Xaçmaz və Xudat şəhərləri, İstisu qəsəbəsi, eləcə də Nabran, Qaraçı, Köhnə Xudat, Susayqışlaq, Pirquluoba, Dədəli, Yalama, Ləcət, Seyidlikəndyeri, Əhmədoba, Qusarçay, Nərəcan, Qalağan, Qımılqışlaq, Müşkür, Çinartala, Niyazabad və Uzunoba kəndləri üzrə ümumilikdə 1022 yaşayış evini su basıb və ziyan dəyib.

Rayonun təhsil müəssisələri də sel sularından zərər görüb. 

Ümumilikdə 12 məktəb – Xaçmaz şəhər 2 saylı, Xudat şəhər 3 saylı, İlxıçı, Susayqışlaq, Ləcət, Nabran, Yalama, Mürşüdoba, Maqsudkənd, Rəhimoba, Seyidlikəndyeri və Qobuqırağı kənd məktəbləri sel nəticəsində yararsız vəziyyətə düşüb. Belə ki, sel suları dam örtüyündən sinif otaqlarına dolub.
 

Bundan əlavə, Xəzər dənizi sahilində yerləşən Turist qəsəbəsindən Samurçay qəsəbəsi istiqamətində yolun bir hissəsi çöküb və nəticədə Samurçay qəsəbəsinin rayon mərkəzi ilə əlaqəsi kəsilib. Qəsəbədə iki elektrik dirəyi sel suları tərəfindən aşırılıb, yaşayış məntəqəsi işıqsız qalıb.


Xaçmaz Fövqəladə Hallar Komissiyasının sədri Anar Oruclu bildirib ki, rayona dəyən külli miqdarda zərərin dəqiqləşdirilməsi istiqamətində işlər davam etdirilir.


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Избранный
14
1
bizim.media

10Источники