RU

Rusiya və Səudiyyə Ərəbistanı vətəndaşlar üçün viza rejimini ləğv edəcək

Rusiya və Səudiyyə Ərəbistanı hökumətləri arasında viza tələblərinin qarşılıqlı ləğvi haqqında saziş 2026-cı il mayın 11-dən qüvvəyə minir.

"Far.Az" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

Sənədə əsasən, Rusiya və Səudiyyə Ərəbistanı vətəndaşları təqvim ili ərzində 90 günədək müddətə viza tələbi olmadan bir-birinin ərazisinə daxil ola və orada qala biləcəklər.

Bununla yanaşı, vizasız rejim əmək fəaliyyəti, təhsil və ya daimi yaşayış hallarına şamil edilmir. Bu məqsədlərlə səfərlər, həmçinin Həcc və ya Ümrə ziyarəti üçün əvvəlki kimi müvafiq vizanın rəsmiləşdirilməsi tələb olunacaq.

Избранный
12
1
far.az

2Источники