RU

Avtomobil yağları kəskin bahalaşdı SƏBƏB

ain.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Hörmüz boğazında artan gərginlik avtomobil yağları bazarına da təsir göstərməyə başlayıb. Xüsusilə Avropadan idxal olunan bəzi yağ markalarında qiymət artımı müşahidə edilir.

Milli.Az xəbər verir ki, bazar satıcıları bildirirlər ki, əvvəllər 100 manata satılan bəzi məhsullar hazırda 120-125 manat civarında təklif olunur. Bu bahalaşma hələ bütün məhsullara şamil olunmasa da, müəyyən markalar üzrə artıq hiss olunur.

Ümumilikdə bazarın bütün seqmentlərində eyni vəziyyət hökm sürmür. Bəzi satış məntəqələri və servis mərkəzlərində qiymətlər dəyişməz qalıb ki, bu da əvvəlcədən daha ucuz qiymətə alınmış ehtiyatlarla bağlıdır. Lakin həmin stoklar azaldıqca yaxın zamanda qiymət artımının daha geniş yayılacağı gözlənilir.

Mütəxəssislər qeyd edirlər ki, hazırda bahalaşma əsasən Avropa mənşəli məhsullarda hiss olunur, digər bazar istiqamətlərində isə vəziyyət nisbətən sabit qalır.

Əgər Hörmüz boğazında gərginlik davam edərsə, ilk təsir yeni idxal olunan məhsullarda özünü göstərəcək. Bu isə əvvəlcə müəyyən qıtlıq, daha sonra isə bazarda daha geniş miqyaslı qiymət artımı ilə nəticələnə bilər.

Asya

Milli.Az 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
2
5
news.milli.az

6Источники