"Mançester Siti"də Xosep Qvardiolanın köməkçilərindən olan Xosep Linders komandanın yarımmüdafiəçisi Bernardu Silvanın cari mövsümün sonunda "şəhərlilər"in sıralarını tərk edəcəyini təsdiqləyib.
Fanat.Az xəbər verir ki, onun sözlərini "Sky Sports" belə çatdırıb:
"Kapitanımız unikaldır. Onu başqası ilə əvəzləmək mümkün deyil, çünki belə oyunçu yoxdur. Bernardunun son 6 həftəni yaxşı keçirəcəyinə və klubla layiqincə vidalaşacağına ümid edirəm. O, böyük diqqəti haqq edir".
Silva MS ilə 6 dəfə İngiltərə Premyer Liqasının qalibi olub. Cari mövsüm Mançester təmsilçisinin forması ilə bütün turnirlərdə 43 matça çıxan portuqaliyalı 3 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Toğrul