RU

BBAK-da intensiv yağıntıların fəsadları aradan qaldırılır

Paytaxt ərazisində müşahidə olunan qeyri-sabit və yağıntılı hava şəraiti ilə əlaqədar olaraq, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (BBAK) müvafiq qurumları gücləndirilmiş iş rejimində çalışır. 

BBAK-dan "Unikal"a verilən məlumata görə, aramsız yağan yağışlar nəticəsində ərazidə və perronlarda yaranmış su yığıntıları, eləcə də digər fəsadlar dərhal müəyyən edilərək aradan qaldırılır. Yağış sularının axınını sürətləndirmək üçün suötürücü kanallar və drenaj xətləri yoxlanılır, tıxanmalar təmizlənir. Sərnişinlərin hərəkət intensivliyi yüksək olan peronlarda və giriş-çıxış zonalarında sürüşmə riskini minimuma endirmək üçün xüsusi təmizlik işləri aparılır. 

Hazırda Bakı Beynəlxalq Avtovağzal Kompleksində sərnişin daşınması və bilet satışı adi qaydada davam edir. 

BBAK sərnişinlərdən ehtiyatlı olmalarını və terminal daxilində təhlükəsizlik qaydalarına riayət etmələrini xahiş edir.

Избранный
5
1
unikal.az

10Источники