RU

Evləri sökülən vətəndaşların nəzərinə - Aldanmamaq üçün bunu mütləq edin

“Evlərini əvəzləşmə qaydasında MTK-ya verən (evimi sök amma mənə yeni binada ev ver) vətəndaşlar şirkətlə aralarında bağlanan müqavilədə, evin hansı formada təmir olunacağını, ora hansı avadanlıqların, mebellərin quraşdırılacağını dəqiq göstərməlidirlər”.

“Yeni Sabah”ın xəbərinə görə, bunu vəkil Fərhad Mehdiyev bildirib.

O vurğulayıb ki, vətəndaşlar tikinti şirkətləri ilə bağladıqları müqavilədə onlara veriləcək mənzildə yer alacaq bütün əşyaları mütləq şəkildə qeyd etməlidir:

“Təmirli ev verəcəkdir” ifadəsi qeyri-müəyyəndir. “tam təmirli” ifadəsi də. Məsələn, hamama kafel vuracaq, amma əlyuyan, unitaz qoyacaqmı? Döşəmə laminat olacaq ya taxta? Bunları müqavilədə göstərin. Hazırda bununla bağlı bir məhkəmə işi aparılır”.


Telegram kanalımız
Избранный
13
2
yenisabah.az

3Источники