RU

“Boğaz əvvəlki vəziyyətə qayıtmayacaq”

İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) donanması Hörmüz boğazında yeni əməliyyat qaydalarını tətbiq etməyə hazırlaşır.

VAXT.AZ “The Wall Street Journal” qəzetinə istinadən xəbər verir ki, bu barədə məlumatı Keşikçilərin rəsmi açıqlamasında bildirilib.

Açıqlamada deyilir ki, “SEPAH donanması İran hakimiyyətlərinin yeni Fars körfəzi planı üzrə əməliyyat hazırlıqlarını tamamlayır”. Keşikçilər xəbərdarlıq ediblər ki, boğazdakı vəziyyət, xüsusilə ABŞ və İsrail üçün heç vaxt əvvəlki vəziyyətinə qayıtmayacaq.

Bu açıqlama ABŞ Prezidenti Donald Trampın su yolu açılmasa, İranın enerji obyektləri və körpülərinə zərbə endirəcəyi ilə bağlı təhdidlərindən sonra verilib.

Qeyd olunur ki, fevralın 28-dən başlanan gərginliklərdən sonra İran boğazdan yalnız məhdud gəmi hərəkətinə icazə verir və bu, qlobal neft və qaz ticarətinin təxminən 20%-nin axınını pozub.

Bundan əlavə, Oman dövlət agentliyi bildirir ki, İran və Oman arasında boğazın keçidinin asanlaşdırılması ilə bağlı danışıqlar aparılıb, lakin ərazi hələ də əksər hallarda bağlıdır. İran qanunvericiləri son həftələrdə boğazdan keçən gəmilər üçün rüsum və vergilərin tətbiqi təkliflərini müzakirə edirlər.

Избранный
20
vaxt.az

1Источники