RU

Gecə oyanıb tərpənə bilmirsiniz, sanki nəsə sizi boğur - Yuxu iflici nədir?

“Gecəyarısı yuxudan durursunuz, tərpənə bilmirsiniz. Bir barmağınızı belə hərəkət etdirə bilmirsiniz və sanki orada nəsə var. Kimsə sizin sinənizin üstündə oturub və sizi boğur”. 

Azreform.info xəbər verir ki, bu sözləri klinik psixoloq Fuad Əsədov deyib. O bu halın “yuxu iflici” olduğunu söyləyib:

“Bu hissi yaşamısınız və bilirsinizmi bu, heç bir parapsixoloji və ya metafizik hadisə deyil. Tamamilə rasional izahı olan və elmdə “yuxu iflici” adlandırılan bir hadisədir.

Biz yatan zaman beynimizdə bəzi proseslər baş verir. Beynimiz onurğa beynimizə siqnallar göndərərək motor neyronlarımızı bloklayır və bir növ bədənimizə “işləmə və hərəkət etmə” əmri verir. Xüsusilə bu prosesdə qaba və qlisin neyrotransmitterləri önəmli rol oynayır. Çünki əgər beynimiz biz yatan zaman bədənimizi bloklamasa, biz yuxuda gördüklərimizi real həyatda da etməyə başlayarıq və bu da həyatımız üçün təhlükəli olar.

Amma bəzən stress, yuxusuzluq və yorğunluq səbəbindən bəzi şeylər tərs gedir və beynimiz yuxudan oyanır, amma bədənimiz hələ də iflic vəziyyətində qalır. Diafraqma əzələlərimiz bu iflic vəziyyətinin təsiri ilə sıxıldığından nəfəs alma çətinləşir və biz boğuluruq kimi hiss edirik. Bu da bizdə sanki kimsə üstümüzdə oturub və bizi boğur hissini yaradır.

Tarix boyu bu hadisə çoxsaylı inancların və mifologiyaların yaranmasına səbəb olub. Amma əslində, hər şeyin çox sadə bir izahı var imiş”, - deyə o əlavə edib.

Billurə Yunus
 

Избранный
2
2
azreform.info

3Источники