RU

PAŞA Bank tarixi səhm satışı ilə 51,3 milyon manat cəlb etməyi hədəfləyir

Marja.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Xəbər verdiyimiz kimi, "PAŞA Bank" nominal nizamnamə kapitalının 5%-i həcmində və ya cəmi nominal dəyəri 18 milyon 658 min 520 manat olan yeni səhmlər (hər birinin nominal dəyəri 20 manat olan 932 min 926 ədəd) emissiya edib. Səhmlər İlkin Kütləvi Təklif (İPO) şəkilində təklif olunacaqdır. 

Hazırda "PAŞA Bank"ın nominal nizamnamə kapitalının məbləği 354 milyon 511 min 800 manatdır (hər bir səhmin nominal dəyəri 20 Azərbaycan manatı olmaqla 17 725 590 ədəd səhm).

VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün PAŞA Bank səhmlərin təklif qiymətini abunə yazılışı müddətini elan edib.  Bankdan Marja.az-a bildirilib ki, İlkin Kütləvi Təklif (IPO) çərçivəsində abunə yazılışı 13 aprel – 12 may 2026-cı il tarixlərində həm fiziki, həm də hüquqi şəxslər üçün açıq olacaq. 

Bu çərçivədə bank kapitalının 5%-ni təşkil edən 932 min 926 ədəd adi, adlı səhm investorlara təqdim olunur.

Səhmin təklif qiyməti 55 AZN olaraq müəyyən edilib (nominal qiyməti 20 manatdır - red), minimal alış 1 səhmdir və maksimum limit tətbiq edilmir. Abunə dövründə əvvəlcədən ödənilmiş məbləğlərə illik 5% faiz gəliri hesablanacaq. Səhmlərin yerləşdirilməsi Bakı Fond Birjası vasitəsilə həyata keçiriləcək. 

Beləliklə, "PAŞA Bank" 932 min 926 ədəd yeni səhmini satmaqla 51 milyon 311 min manat cəlb etməyi hədəfləyir. 

Yerləşdirmədən sonra səhmlərin bazar qiyməti və likvidliyi dəyişkən ola bilər. 

İş elanları AzVak.az-da

İnvestorlar PAŞA Bank, Birbank Invest, həmçinin əsas anderrayter PAŞA Kapital, ABB Invest və Unicapital platformaları və mobil tətbiqləri vasitəsilə IPO-da iştirak edə bilərlər. 

Qeyd edilib ki, yerləşdirmə emissiya prospektində göstərilən ardıcıllığa uyğun olaraq icra ediləcək. 

Ətraflı məlumat əldə etmək üçün ipo.pashabank.az saytına keçid edin. 

Bu IPO Azərbaycan tarixində özəl təşkilat tərəfindən həyata keçirilən ilk bank IPO-sudur və ölkənin kapital bazarlarının inkişafında mühüm mərhələ hesab olunur.  

Həmçinin oxu

“PAŞA Bank”dan İlkin Kütləvi Təklif üzrə 18,7 milyon manatlıq səhm buraxılışı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
8
1
marja.az

2Источники