RU

Azərbaycanlı nazir Londonda 4.6 milyon funt sterlinqə mənzil alıb Jurnalist elə fakt açıqladı ki...

Mia.az saytına istinadən ain.az xəbər verir.

Azərbaycanlı nazir Böyük Britaniyanın paytaxtı Londonda 4 milyon 600 min funt sterlinqə (10 milyon 342 min manat) mənzil alıb.

Mia.az xəbər verir ki, bunu hazırda xaricdə yaşayan araşdırmaçı-jurnalist Cavanşir Həsənli feysbuk-dakı hesabında yazıb.

Jurnalist bildirib ki, Londonda köhnə binada bir mənzili 17 yanvar 2002-ci ildə 800,000 funta, 19 iyun 2002-ci ildə 1,090,000 funta, (əvvəlki satışdan təxminən 36% baha), 29 iyul 2002-ci ildə 125,000 funta (bu dəfə 89% aşağı qiymətə) və nəhayət, 19 aprel 2018-ci il tarixdə son satış qiymətindən 3580 faiz bahasına, yəni 4,600,000 funta azərbaycanlı nazirə satıblar: "Az qala 37 dəfə baha! Bunu necə bacarıblar?”.

Jurnalist şərh yazanların suallarına baxmayaraq, Londonda ev alan nazirin adını açıqlamayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
33
4
mia.az

5Источники