RU

Stop işıqları yanmayan sürücü təhlükə yaratdı 90 KZ 107 VİDEO

ain.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Paytaxtda avtomobili nasaz vəziyyətdə idarə edən sürücü digər hərəkət iştirakçılarına təhlükə yaradıb. Avtosfer.az xəbər verir ki, həmin təhlükə barədə görüntü digər sürücülərdən biri tərəfindən qeydə alınaraq redaksiyamızın qaynar xəttinə göndərilib.

Belə ki, 90-KZ-107 dövlət qeydiyyat nişanlı “Vaz-2107” markalı avtomobilin heç bir stop işığı işlək vəziyyətdə olmayıb. Nəticədə, sürücü hər dəfə əyləcə basan zaman arxa işıqları yanmadığı üçün arxadan gələn avtomobillər qəza riski ilə üz-üzə qalıb.

Xatırladaq ki, xarici işıq cihazlarının hər birinin işlək vəziyyətdə olması vacib hesab olunur. Avtomobil sahibləri xüsusilə stop işıqlarının saz vəziyyətdə saxlanılmasına nəzarət etməlidir. Çünki hərəkət zamanı arxadan gələn sürücü yalnız bu işıq cihazlarının işə düşməsi ilə xəbərdar olur ki, qarşıdakı nəqliyyat vasitəsi tormozlayır. Bu işıqların nasaz vəziyyətdə olması qəzaların baş verməsinə yol aça bilər. Sürücülərə tövsiyə edirik ki, yola çıxmazdan əvvəl bütün işıq cihazlarının işlək vəziyyətdə olduğuna əmin olsunlar.

Namiq Musayev

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
21
avtosfer.az

1Источники