RU

Luçeskunun vəziyyəti ağırlaşdı

Rumıniyalı tanınmış futbol mütəxəssisi Mirça Luçeskunun səhhətinin ağırlaşdığı bildirilir.

VAXT.AZ “GSP.ro” xəbər portalına istinadən xəbər verir ki, 80 yaşlı mütəxəssis son günlər səhhətində yaranan ciddi problemlərdən sonra xəstəxanaya yerləşdirilib və hazırda reanimasiya şöbəsində müalicə alır. Bildirilir ki, onun vəziyyəti kritik olaraq qiymətləndirilir və həkimlərin nəzarəti altındadır.

Məlumatlarda qeyd olunur ki, məşqçinin səhhətində yaranan problemlər ürək-damar sistemi ilə bağlı ağırlaşmalar fonunda baş verib. Həkimlər onun vəziyyətinin stabilləşdirilməsi istiqamətində müalicəni davam etdirir.

Eyni zamanda sosial şəbəkələrdə Mirça Luçeskunun beyin ölümü keçirdiyi ilə bağlı təsdiqlənməmiş iddialar da yayılıb.

Xatırladaq ki, 80 yaşlı məşqçi martın 29-da Rumıniya millisi ilə məşq zamanı qəflətən yıxılıb və ürək ritmi pozuntuları səbəbindən təcili olaraq Buxarest Universitet Xəstəxanasına aparılıb. Başlanğıcda onun səhhətinin stabil olduğu bildirilsə də, günlərdə vəziyyəti pisləşib Luçesku xəstəxananın reanimasiya şöbəsinə köçürülərək intensiv müalicə altına alınıb. Hadisə millinin 2026 Dünya Kuboku Avropa seçmə mərhələsi play‑off yarımfinalında Türkiyəyə 1‑0 məğlubiyyətdən üç gün sonra baş verib və bu pisləşmə məşqçilər heyəti və azarkeşlər arasında narahatlıq yaradıb.

Qeyd edək ki, Mirça Luçesku Avropa futbolunda uzun illər fəaliyyət göstərmiş tanınmış məşqçilərdən biri hesab olunur və müxtəlif ölkələrin aparıcı klublarında qazandığı uğurlarla tanınır.

Избранный
20
vaxt.az

1Источники