RU

Tehrandan Trampa Hörmüz cavabı: "Açarları itirmişik"

İranın Zimbabve və Cənubi Afrikadakı səfirlikləri sosial mediada ABŞ prezidenti Donald Trampın Hörmüz boğazının açılması tələbini lağa qoyublar.

Azreform.info xəbər verir ki, İranaın Zimbabvedəki səfirliyinin hesabında "Açarları itirdik" mesajı yerləşdirilib.

İranın Cənubi Afrikadakı diplomatik nümayəndəliyi zarafatı davam etdirərək, "açarların gül qabının altında olduğunu" və Hörmüz boğazına girişin "yalnız dostlar üçün" açıq olduğunu  yazıb.

Aprelin 5-də ABŞ prezidenti Donald Tramp xəbərdarlıq eedərək deyib ki, Tehrandakı "dəli alçaqlar" "Hörmüz boğazını" açmasa, Amerika qoşunları İrandakı bütün körpüləri və elektrik stansiyalarını dağıdacaq.

Mürtəza

Избранный
3
2
azreform.info

3Источники