RU

Plana düşən evə görə verilən kompensasiya ilə bağlı VACİB DETALLAR – Bunu mütləq bilməlisiniz

Plana düşən yaşayış evlərinə görə ödənilən kompensasiyanın kimə verilməsi məsələsi vətəndaşlar arasından tez-tez müzakirə olunur və suallar doğurur. Xüsusilə də evdə faktiki yaşayanlarla rəsmi mülkiyyətçi fərqli olduqda bu mövzu daha da аktuallaşır.

Bəs qanunvericilik bu məsələni necə tənzimləyir?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı ekspert Günay Hüseynova bildirib ki, bu məsələ ilk növbədə qanunvericiliyin, xüsusilə Mülki Məcəllənin tələblərinə uyğun şəkildə həll olunur.

Azərbaycanda

Onun sözlərinə görə, plana düşən daşınmaz əmlak istər yaşayış evi, istərsə də digər obyekt ola bilər və əsas meyar həmin mülkün rəsmi sənədlərlə kimə məxsus olmasıdır:

“Əgər mənzilin “Kupça”sı varsa və həmin çıxarış konkret şəxsin adınadırsa, o zaman kompensasiya da birbaşa həmin mülkiyyətçiyə ödənilir. Qanunvericiliyə görə əsas hüquq sahibi çıxarışda adı qeyd olunan şəxsdir.
Müəyyən hallarda, xüsusilə narazılıq yarandıqda və faktiki yaşayan şəxs ailə üzvüdürsə, onların köçürülməsi və ya alternativ yaşayış şəraiti ilə təmin olunması kimi məsələlər gündəmə gələ bilər. Lakin bu, kompensasiyanın birbaşa onlara verilməsi demək deyil”.

Günay Hüseynova vurğulayıb ki, əmlak paylı mülkiyyət olduqda kompensasiya da pay bölgüsünə uyğun şəkildə verilir:

“Əgər daşınmaz əmlak bir neçə şəxsin paylı mülkiyyətindədirsə, məsələn, 40 faizi bir nəfərə, 60 faizi digərinə məxsusdursa, kompensasiya da eyni nisbətdə bölüşdürülür”.

Ekspert vətəndaşlar arasında geniş yayılan yanlış təsəvvürlərə də aydınlıq gətirib. Onun sözlərinə görə, bəzi şəxslər daha çox kompensasiya almaq məqsədilə evə çoxsaylı şəxsləri qeydiyyata salmağa çalışırlar:

“Bəziləri düşünür ki, evdə qeydiyyatda olan şəxslərin sayını artırmaqla daha çox kompensasiya almaq mümkündür. Bu, yanlışdır. Kompensasiya mənzilin sahəsinə və bazar dəyərinə əsasən hesablanır. Qeydiyyatda olan şəxslərin sayı məbləğə təsir etmir”.

Aynurə İsmayıl
KONKRET.az

Избранный
14
1
konkret.az

2Источники