RU

InvestAz-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz.

Bakı. Trend:

İnvetsAz İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazararaşdırmalarına görə mart ayının sonu və aprel ayının ilk günləriqlobal maliyyə bazarlarında həm iqtisadi məlumatların, həm dəgeosiyasi risklərin təsiri ilə formalaşan yüksək həssaslıq dövrükimi yadda qaldı. ABŞ, Almaniya, Avrozona və İngiltərədə açıqlananmakroiqtisadi göstəricilər monetar siyasət gözləntilərini yenidənformalaşdırarkən, ABŞ–İran münasibətlərində davam edən gərginlikinvestorların risk qiymətləndirmələrini daha da sərtləşdirdi. Bufon dünya birjalarında ehtiyatlı və seçici ticarət mühitininformalaşmasına səbəb oldu.

ABŞ: iqtisadi aktivlik və faiz gözləntiləri

ABŞ-da bu dövrdə açıqlanan iqtisadi göstəricilər iqtisadiartımın zəifləmə mərhələsində olduğunu təsdiqlədi. İstehlakxərclərində və biznes aktivliyində müşahidə olunan yavaşlamaFederal Ehtiyatlar Sisteminin faiz siyasəti ilə bağlı gözləntiləriyenidən gündəmə gətirdi. İnflyasiya təzyiqlərinin nisbətən sabitqalması FED-in tələsmədən, lakin ehtiyatlı şəkildə faizendirimlərinə hazırlaşa biləcəyi ehtimalını gücləndirdi. İnvestAzanalitikləri hesab edirlər ki, bu vəziyyət ABŞ dollarının güclütrend formalaşdırmasına mane olaraq onun daha çox oynaq vəqeyri-sabit davranmasına səbəb oldu.

Avrozona və Almaniya: sənaye zəifliyi və iqtisaditəzyiq

Avrozonada və xüsusilə Almaniyada açıqlanan iqtisadigöstəricilər sənaye sektorunda zəifliyin davam etdiyini göstərdi.İstehsal və ixrac göstəricilərindəki durğunluq Avropaiqtisadiyyatının bərpa prosesinin ləng getdiyini ortaya qoydu.İnflyasiyanın aşağı səviyyədə qalması Avropa Mərkəzi Bankınınyumşaq monetar siyasət mövqeyini qoruyacağını göstərdi. Bu fondaavro məhdud diapazonda ticarət olundu və Avropa fond bazarlarındaehtiyatlı mövqe üstünlük təşkil etdi.

İngiltərə: zəif artım və monetarehtiyatlılıq

İngiltərədə açıqlanan iqtisadi məlumatlar iqtisadi artımınkövrək və qeyri-sabit olaraq qaldığını təsdiqlədi. İstehlakçıxərclərində və investisiyalarda məhdud artım “Bank of England”-ınfaiz siyasətində ehtiyatlı mövqeyini davam etdirəcəyini göstərdi.Bu fonda funt sterlinq dalğalı dinamika nümayiş etdirdi.

Geosiyasi proseslər: ABŞ–İran gərginliyi və riskmühiti

30 mart – 03 aprel dövründə qlobal bazarların əsas diqqətmərkəzində olan geosiyasi faktor ABŞ–İran münasibətlərində davamedən gərginlik oldu. Körfəz regionunda hərbi və siyasi ritorikanınsərt qalması enerji bazarlarında risk premyasını yüksək saxladı. Buvəziyyət investorların riskli aktivlərdən qismən uzaqlaşmasına vətəhlükəsiz aktivlərə yönəlməsinə səbəb oldu. ABŞ–İran gərginliyixüsusilə neft və qızıl bazarlarında qiymətlərin həssas reaksiyaverməsinə səbəb oldu.

ABŞ dolları: qeyri-sabit və istiqamətsizhərəkət

ABŞ dolları bu dövrdə ziddiyyətli dinamika nümayiş etdirdi.Faiz endirimi gözləntiləri dolların zəifləməsinə səbəb olsa da,geosiyasi risklərin artdığı günlərdə dollar qısamüddətli təhlükəsizliman funksiyası göstərdi. Nəticədə dollar indeksi sabit trendformalaşdırmadan dalğalı hərəkətlərlə yadda qaldı.

Qızıl: təhlükəsiz liman rolunun güclənməsi

Geosiyasi risklərin artması və qlobal iqtisadi qeyri-müəyyənlikqızıl bazarında alıcı marağını gücləndirdi. ABŞ–İran gərginliyifonunda investorlar qızıla yönəldilər və qiymətli metal möhkəmlənmətendensiyası nümayiş etdirdi. Dolların oynaq davranışı və faizsiyasəti ilə bağlı qeyri-müəyyənlik qızılın qiymət dinamikasınaəlavə dəstək verdi.

Neft: risk premyası ilə dəstəklənəndalğalanma

Neft bazarlarında ABŞ–İran gərginliyi qiymətlər üçün əsasdəstək faktorlarından biri oldu. Körfəz regionunda mümkün təchizatriskləri Brent və WTI markalı neft qiymətlərində risk premyasınıartırdı. Bununla yanaşı, qlobal tələbin zəif artımı neftqiymətlərinin kəskin yüksəlişinin qarşısını aldı və bazarda dalğalıdinamika formalaşdırdı.

Kriptovalyuta bazarları: ehtiyatlı bərpa və yüksəkvolatillik

Kriptovalyuta bazarları bu dövrdə yüksək volatillik şəraitindəticarət olundu. Yanvar və fevral aylarında baş verən kəskinkorreksiyadan sonra bazar qismən bərpa cəhdi göstərsə də, geosiyasirisklər və qlobal qeyri-müəyyənlik investor inamının tam bərpaolunmasına mane oldu. Bu səbəbdən kriptovalyutalar dalğalı vəqeyri-sabit qiymət hərəkətləri nümayiş etdirdi.

İnvestAz şirkətinin rəsmi internet səhifəsində yer alan iqtisaditəqvimə görə, cari həftə Almaniyada və Amerikada İstehlakQiymətləri İndeksi və Şəxsi Xərclər İndeksi kimi inflyasiyagöstəriciləri dərc olunacaq..

Bu həftə ərzində həmçinin, Amerikada, Avrozonada, AlmaniyadaXidmət Sektorunda Biznes Aktivliyi İndeksi göstəriciləriaçıqlanacaq.

Eləcə də diqqətlər Yaxın Şərqdə geosiyasi proseslərin inkişafdinamikasına və Yeni Zelandiya Mərkəzi Bankının faiz qərarınayönələcək.

EUR

Ötən həftəyə 1.15020 səviyyəsində başlayan EURUSD məzənnəsihəftə ərzində 1.16260 hədlərinə kimi bahalaşsa da, sonra kəskinucuzlaşdı və həftəni 1.15140 səviyyəsində tamamladı. Məzənnə YaxınŞərqdə davam edən hərbi əməliyyatlar fonunda dolların güvənli limanmissiyasını davam etdirəcəyi ehtimallarının təsirilə yeni həftədədə eniş tendensiyasını davam etdirə bilər. Əgər “ayılar” qiyməti1.15000 həddinin altına sala və burada saxlaya bilsələr, eniştendensiyası davam edə bilər.

GBP

Keçən həftəyə 1.32610 həddində başlayıb, 1.33450 hədlərinə kimibahalaşan GBPUSD məzənnəsi daha sonra kəskin ucuzlaşdı və həftəni1.31970 səviyyəsində tamamladı.

Yaxın Şərqdə artan hərbi ritorika və eksolasiya fonunda GBPUSDcütlüyündə “ayılar” qiyməti 1.32000 həddinin altına sala və buradasaxlaya bilsələr, eniş tendensiyası daha da dərinləşə bilər.

XAUUSD

Ötən həftə 4469$-dan 4800$-a kimi bahalaşan qızıl bu dinamikanıqoruyub saxlaya bilmədi 4420$-a kimi ucuzlaşdı. Lakin, həftəlikşamını 4676$-da bağladı.

ABŞ - İran münasibətləri “cash” dollara tələbi artırdığı üçünqızıl yeni həftəyə də enişlə başlayıb. Hazırda 4667$-dan təklifedilən qızılın qiyməti 4500$ həddinin altında qalsa, eniştendensiyası dərinləşə bilər.

“İNVEST-AZ İnvestisiya Şirkəti” QSC-nin Tədris və AnalizDepartamenti

“İNVEST-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətininfəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindəntənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylılisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti(forex), fərdi investorların portfelinin idarə edilməsi, marketmeykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyətgöstərməkdədir.

Risk bildirişi.

Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir.Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupunadaxildir və “İNVEST-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilənməlumatlar əsas götürülməklə, həyata keçirilən investisiyaəməliyyatları üzrə heç bir öhdəlik daşımır.

Məqalədə:
Избранный
1
16
az.trend.az

10Источники