"Red Bull"un pilotu Maks Ferstappen "Inter Miami" və Argentina millisinin hücumçusu Lionel Messinin istedadı barədə danışıb.
Offsideplus.az xəbər verir ki, niderlandlı sürücü 38 yaşlı futbolçu barədə bunları söyləyib:
“O, oyunu oxumağı bacarır. Bir çox oyunçuya qol vurmaq üçün boş sahə lazımdır, lakin ona yox. Messi istənilən yerdən və istənilən an qol vurmağa qadirdir. Onu dayandıra biləcəyini düşünürsən, amma bu belə deyil. O, həmişə öz şansını tapır.
Məsələn, sonuncu dünya çempionatında Niderland millisinin qapısına vurduğu qol. Ondan müdafiə olunmaq sadəcə qeyri-mümkündür”, – deyə Formula 1 üzrə dördqat dünya çempionu vurğulayıb.