Güclü yağışlar Siyəzən rayonunda fəsadlara səbəb olub.
Sel suları Siyəzən-Məşrif yolunun üzərində yerləşən körpünü uçurub.
Gilgilçay üzərində 2015-ci ildə tikilən 3 aşırımlı körpü yararsız hala düşüb.
Ətrafda olan kommunikasiya xətləri də zədələnib.
Hazırda ərazidə vəziyyətin qiymətləndirilməsi və fəsadların aradan qaldırılması istiqamətində tədbirlər görülür.
Tarix: 6 Aprel 2026, 10:55