RU

Konte İtaliya millisinə qayıdır

“Napoli”nin prezidenti Aurelio De Laurentis komandanın baş məşqçisi Antonio Kontenin İtaliya millisinə qayıtmasına mane olmayacaq.

Msport.az xəbər verir ki, klub rəhbərliyi mütəxəssisin yığmaya mümkün təyinatına icazə verməyə hazırdır.

Kontenin Neapol təmsilçisi ilə hazırkı müqaviləsi 2027-ci ilə qədər nəzərdə tutulub.

Qeyd edək ki, Antonio Konte daha əvvəl, 2014-2016-cı illərdə İtaliya millisinə rəhbərlik edib və komandanı AVRO-2016-nın 1/4 finalına qədər yüksəldib. Ötən mövsüm isə o, “Napoli” ilə birlikdə İtaliya çempionu adını qazanıb.

Избранный
24
msport.az

1Источники