RU

OMODA & JAECOO Azərbaycanda rəsmi olaraq təqdim olundu

Baku.ws saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

3 aprel, 2026-cı il Bakı şəhəri "JW Marriott Absheron"da dünyanın ən sürətlə böyüyən avtomobil brendi olan OMODA & JAECOO, Azərbaycanda IMOTORS şirkətinin nümayəndəliyi ilə rəsmi təqdimat gecəsini keçirdi.

"Qlobal Dizayn və Qlobal Keyfiyyət" erasını təmsil edən brend, region üçün nəzərdə tutulmuş rəsmi model sırasını təqdim etdi: JAECOO J7, JAECOO J8 və tamamilə yeni OMODA 7 və OMODA 5.

Ənənəvi Çin avtomobil markalarından fərqli olaraq, OMODA & JAECOO markası Çinin daxili bazarı üçün deyil, yalnız ixrac bazarları üçün istehsal edildiyindən hər bir model ilk gündən dünyanın ən sərt təhlükəsizlik standartları olan Euro NCAP (Avropa) və ANCAP (Avstraliya) standartlarına uyğun istehsal edilir.

JAECOO modellərinin təhlükəsizliyi Euro NCAP (Avropa) qəza sınaqlarında mümkün olan ən maksimal 5/5 balla təsdiqlənib.

Jaguar Land Rover İrsi və Mühəndislik Mükəmməlliyi

OMODA & JAECOO qlobal bazarlarda sürətli uğurunun şərtləndirən amillərdən biridə Jaguar Land Rover ilə dərin texniki əməkdaşlıqdır. Şirkətlər arasında uzunmüddətli tərəfdaşlıq bu yaxınlarda tarixi bir mərhələyə çatdı: Jaguar Land Rover öz ikonik Freelander modelini JAECOO J7-nin əsasını təşkil edən platformada istehsal etmək üçün lisenziya verdi.

"-Bizim mühəndislik DNT-miz dünyanın ən nüfuzlu lüks of-rouderləri ilə ortaqdır," deyə Azərbaycandakı rəsmi nümayəndə olan IMOTORS şirkəti bildirdi. "-JAECOO-nun mühəndislik komandasına Jaguar Land Rover-in keçmiş Baş Mühəndisinin rəhbərlik etməsi ilə biz, ARDIS (Bütün Yol Şəraitləri üçün İntellektual Sürmə Sistemi) tərəfindən idarə olunan şassi mükəmməlliyini və yolsuzluq qabiliyyətini bu seqmentdə ilk dəfə təqdim edirik."

Geniş Avropa Coğrafiyası

OMODA & JAECOO artıq 16 Avropa ölkəsində təmsil olunur. Azərbaycan hazırda bu şəbəkəyə qoşulur. 2026-cı ilin əvvəlində brend Böyük Britaniyada rekord uğur qazanaraq, yanvar ayında pərakəndə satışlarda liderlik edib.

Təqdim Olunan Modellər

· JAECOO J8: Lüks və gücün zirvəsi. Adaptiv asqı sistemi və premium texnoloji paketi ilə yollarda üstünlük axtaranlar üçün "Biznes Klass" SUV.

· JAECOO J7: İntellektual şəhər of-rouderi. "Ovçu" ruhunu 5 ulduzlu təhlükəsizliklə birləşdirərək, Azərbaycanın istənilən relyefini fəth etmək üçün 7 sürmə rejimi təklif edir.

· OMODA 5: Futuristik krossover ikonu. "Hərəkətdə olan İncəsənət" (Art in Motion) dizaynı və 5 ulduzlu Euro NCAP reytinqi ilə texnologiya həvəskarlarının qlobal seçimidir.

· OMODA 7: "O-Universe" ekosistemini yeni səviyyəyə qaldıran OMODA 7, geniş intellektual salonu və aqressiv estetikası ilə müasir SUV anlayışını yenidən müəyyən edir.

OMODA & JAECOO "Yeni Enerji, Yeni Ekologiya" istiqamətinə fokuslanmış qlobal avtomobil lideridir. Qısa bir müddət ərzində 60-dan çox beynəlxalq bazarda genişlənərək, qabaqcıl Avropa mühəndislik standartlarını futuristik həyat tərzi ilə birləşdirir və yeni nəsil qlobal vətəndaşlara premium mobillik təqdim edir. Təqdim edilən bütün modellərə 7 il və ya 200 000 km rəsmi zəmanət verilir.

OMODA & JAECOO modellərinə baxış etmək üçün şirkətin rəsmi distribütoru olan IMOTORS şirkətinin Bakı şəhəri, Babək prospekti 38A ünvanında yerləşən sərgi salonuna yaxınlaşmağınız və ya *8887 nömrəsi əlaqə saxlamağınız kifayət edir. Sərgi salonunda modellərini test yürüşü etmək də mümkündür. "O-Universe" həyat tərzi və 5 ulduzlu təhlükəsizlik öhdəliyimiz haqqında daha çox məlumat üçün www.omodajaecoo.az saytına daxil olun.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
20
1
baku.ws

2Источники