Bakı, 6 aprel, AZƏRTAC
Bu gün Azərbaycan Premyer Liqasında XXVI turun daha bir oyunu keçiriləcək.
AZƏRTAC xəbər verir ki, “Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda "Karvan-Yevlax"ı qəbul edəcək.
Qarşılaşma saat 19:00-da başlayacaq.
Ağdam təmsilçisi 52 xalla ikinci, Yevlax klubu isə 8 xalla sonuncu - 12-ci yerdədir.
Tura aprelin 7-də yekun vurulacaq. Daha əvvəl reallaşan matçlarda "Qəbələ" "Kəpəz"i (2:0), "Neftçi" isə "Sumqayıt"ı (3:1) üstələyib.