RU

Hasan Can nişanlandı FOTO

ain.az bildirir, Demokrat.az portalına istinadən.

Türkiyənin məşhur simalarından olan Hasan Can Kaya şəxsi həyatı ilə bağlı hər kəsi təəccübləndirən addım atıb. Uzun müddətdir birlikdə olduğu Duygu Karabaş ilə evlilik yolunda ilk ciddi addımı atan məşhur komediyaçının mətbuatdan gizlicə nişanlandığı məlum olub.Martın sonunda nişanlanacağı barədə yayılan xəbərləri sosial şəbəkədə şəxsən təkzib edən Kaya hər kəsi ayrıldıqlarına inandırmışdı. Lakin cütlüyün sadəcə diqqətdən qaçmaq üçün belə gediş etdiyi üzə çıxıb. Təxminən 50 nəfərin qatıldığı özəl mərasimdən ilk fotonun paylaşılması ilə şayiələrə son qoyulub.Karyerasına ssenarist kimi başlayan və "1 Erkek 1 Kadın" kimi populyar layihələrdə yer alan Hasan Can Kaya sonradan stend-ap janrına keçid edərək böyük rəğbət qazanıb. Hazırda Türkiyənin ən uğurlu komediyaçılarından biri hesab olunan məşhurun bu qəfil nişan xəbəri sosial mediada geniş müzakirələrə səbəb olub.

 

İsmayıl

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
14
demokrat.az

1Источники