RU

Nanənin bu faydalarını çoxları bilmir

Nanə insan orqanizmi üçün bir sıra müsbət təsirlər göstərir.Metbuat.az xəbər verir ki, həzm sistemi üçün nanə çox faydalıdır. Nanə çayı mədə və bağırsaq narahatlıqlarını yüngülləşdirir, şişkinlik, qaz və qəbizlik hallarında təsirli olur. Yeməkdən sonra nanə çayı içmək həzm prosesini sürətləndirir. Nanə həmçinin soyuqdəymə və nəfəs yollarına da müsbət təsir göstərir. Tərkibindəki mentol burun tıxanıqlığını açır, boğazı yumşaldır və öskürəyə yaxşı təsir edir. Soyuqdəymə və qrip zamanı nanə çayı təbii vasitə kimi tövsiyə olunur.Stress və yorğunluğun azalmasına da kömək edir. Nanənin ətri sinir sistemini sakitləşdirir, baş ağrısını yüngülləşdirir və diqqəti artırır. Gündəlik stressi azaltmaq üçün nanə çayı içmək faydalıdır.Dəri və göz sağlamlığı üçün nanə əvəzsizdir. Nanə yağı akne və sızanaqların azalmasına yardım edir, antioksidant xüsusiyyətləri ilə dərini qoruyur. Göz yorğunluğu zamanı nanə kompresi rahatlıq verir.Ağız sağlamlığı sahəsində də nanə çox təsirlidir. O, ağız qoxusunu aradan qaldırır, dişləri və diş ətini təmizləyir və təbii antiseptik xüsusiyyətə malikdir.

Nanənin tərkibində vitamin A və C, həmçinin dəmir və kalsium kimi minerallar mövcuddur. Bu bitki yalnız çay və yeməkdə deyil, aromaterapiyada da geniş istifadə olunur.

Избранный
49
metbuat.az

1Источники