RU

Cəlal oynadı, “Arda” bu dəfə “Montana”ya qalib gəldi

Bolqarıstan çempionatında 28-ci turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynovun çıxış etdiyi “Arda” öz meydanında “Montana” ilə qarşılaşıb.

Matç meydan sahiblərinin qələbəsi ilə başa çatıb.

Cəlal Hüseynov da bu matçın iştirakçısı olub. Meydana start heyətində çıxan həmyerlimiz 68-ci dəqiqədə David İdovu ilə əvəzlənib.

Ardıcıl üçüncü qələbəsini qazanan “Arda” hazırda 41 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

“Arda” - “Montana” - 2:1
Qollar:
Karaqaren, 22 (1:0), Soares, 37 (1:1), Samake, 90 (2:1)

Избранный
15
2
sportinfo.az

10Источники