RU

Dörd ölkə "Türk axını" qaz kəmərinin mühafizəsini gücləndirəcək

"Macarıstan, Rusiya, Türkiyə və Serbiya "Türk axını" qaz kəmərinin mümkün hücumlardan qorunmasını gücləndirmək barədə razılığa gəliblər".

Ölkə.az TASS-a istinadən xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto ölkənin Müdafiə Şurasının iclasından sonra bildirib.

İclas Viktor Orban tərəfindən Serbiya hissəsində qaz kəmərinə qarşı diversiya cəhdi ilə əlaqədar çağırılıb.

Siyarto qeyd edib ki, bu məsələ ilə bağlı Serbiya və Türkiyənin energetika nazirləri, eləcə də Rusiyanın energetika nazirinin birinci müavini Pavel Sorokinlə telefon danışığı aparıb.

Nazirin sözlərinə görə, tərəflər qaz kəmərinin əvvəlkindən daha etibarlı şəkildə qorunmasının vacibliyi barədə razılığa gəliblər. O bildirib ki, hücumların sayı artdığı üçün tərəflər sıx əlaqə saxlayacaq və"Türk axını" kəmərinin qorunması üçün hər biri konkret tədbirlər görəcək.(oxu.az)

Избранный
42
3
olke.az

4Источники