Bu ay bir neçə yoxlama oyununda qüvvəsini sınayacaq futzal üzrə Azərbaycan millisi bu gün təlim-məşq toplanışına başlayıb.
Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.
Yığmamızın üzvləri səhər və axşam olmaqla günü iki məşqlə başa vurublar. Komandamız aprelin 7-nə qədər hazırlığını Bakıda davam etdirəcək. Heyətə dəvət olunmuş futzalçılardan Ülvi Əliyevin yüngül zədəsi var. Bu gün fərdi məşq edən futzalçı sabahdan kollektiv çalışmalara qoşulacaq.
Qeyd edək ki, Azərbaycan millisi aprelin 8-də Tiflisə səfər edəcək, ertəsi gün və ayın 11-də Gürcüstan yığması ilə iki oyun keçirəcək.
⇧
